Ziyillərdən xərçəngə qədər xəstəlikləri törədən papilloma virusu nədir və niyə təhlükəlidir?
Ağır xəstəliklərə səbəb olan papillomaviruslar 16 cinsdən ibarətdir. Bunlardan əsasən 5 cins insan üçün patogendir.
"Medicina" xəbər verir ki, papillomaviruslar dəridə xoşxassəli ziyillər, selikli qişalarda isə genital, oral, konyuktival papillomalar əmələ gətirir.
Papillomaviruslar onkogenlik xassəsinə malikdirlər (HPV-16, HPV-18) uşaqlıq boynunda papilloma, displaziya və xərçəng törədir.
Beləliklə, virus müxtəlif formalı ziyillər, papillomalar, kondilomalar şəklində özünü göstərir. Şiş düyünlərdən ibarət olub, gül kələm və ya xoruz pipiyinə bənzəyir.
Dəri papilloması həm kiçik (1 mm-dən çox olmayan), həm də kifayət qədər böyük (2 sm-ə qədər) ola bilər. Törəmə əvvəlcə ət rəngində olur, zaman keçdikcə qəhvəyi rəng alır. Ziyillər əsasən boyunda, qasıq büküşlərində, qoltuqaltında, dirsəklərdə, dizlərdə, başda və göz ətrafında yerləşir. Eyni zamanda törəmələr gözə çarpmayan yerlərdə məsələn, uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət orqanlarında ola bilər.
Papillomavirusun bədənə nüfuz etməsi üçün xüsusi şərait lazımdır. İnfeksiya insandan insana birbaşa təmas yolu ilə yoluxur. Сinsi əlaqə zamanı yoluxma daha tez baş verir, çünki qələvi mühit virus üçün əlverişlidir və cinsiyyət orqanlarında demək olar ki, həmişə mikroçatlar var.
Məişətdə papilloma virusuna yoluxmaq daha çətindir, lakin xəstə və sağlam insan eyni hamam dəsmalı və s.dən istifadə edərsə, virusun ötürülmə riski var. Ailədə kimsə HPV ilə xəstədirsə, şəxsi gigiyena və ehtiyyat tədbirlərinə ciddi yanaşılmalıdır.
Siqaret, alkoqol, piylənmə, hormonal pozulmalar, immunitetin zəifləməsi patoloji prosesi sürətləndirə bilər. Ayrıca cinsi yolla ötürülən digər infeksiyalar (sitomeqalovirus, genital herpes, xlamidiya, sifilis, gonoreya, trichomoniasis) Papillomavirusun destruktiv dəyişikliklər yaratmasını dəstəkləyir.
İnsan papillomavirusu xərçəngin inkişafı üçün risk faktorudur. İlk növbədə - uşaqlıq boynu xərçəngi, eləcə də xarici cinsiyyət orqanlarının xərçəngi.
Ancaq papillomavirusa yoluxma hər insanda xərçəngə səbəb olmur. Burda virusun tipinin, risk faktorlarının, immun sisteminin mühüm rolu var. Aşağı onkogen riskli viruslar var - bunlar 6, 11, 42, 43, 44 alt tipləridir (daha tez-tez itiuclu kandilomalar yaradır). 16, 18, 31, 33 alt tipləri - yüksək onkogen riskə malikdir, yastı papillomalar - ziyillər əmələ gətirir. 16, 18-ci tip viruslar uşaqlıq boynu karsinomasında mühüm rol oynayır. Hansı növ virusa yoluxduğunuzu müəyyən etmək üçün həkimə müraciət etməli və lazımi testlərdən keçməlisiniz.
HPV – uşaqlıq boynunun karsinomasının və onun öncəki mərhələlərinin inkişafında mühüm rol oynayır. Son illər aparılan geniş araşdırmalar təxminən 90% uşaqlıq boynu karsinomasının şiş toxumasında virus DNT-nin olduğunu göstərdi.
İnfeksiyaya yoluxma və xərçəngin əmələ gəlməsi arasında orta hesabla 10-20 il ola bilər. Xərçəng prosesi CIN1, CIN2, CIN3 mərhələlərini keçərək əmələ gəlir.
Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən əlaməti, xüsusən cinsi əlaqədən sonra pis qoxulu axıntı ilə müşayiət olunan anormal vaginal qanaxmadır. Bundan başqa, cinsi əlaqə zamanı ağrı, qasıqda, ayaqda ağrı, sidiyə çıxarkən ağrı, qanaxma, defekasiya zamanı ağrı müşahidə oluna bilər.
Erkən mərhələlərdə simptomlar olmaya bilər. Buna görə də erkən diaqnoz üçün PAP smear və HPV testi ilə skriniq çox vacibdir. Patoloji PAP smear testi olan və/və ya HPV testi müsbət olduqda kolposkopiya və biopsiya aparılır.
Kişilərdə və qadınlarda xərçəng və genital ziyillərin qarşısını almaq üçün papillomavirusa qarşı peyvənd vacibdir. Həmçinin, peyvəndlər xərçəngdən əvvəlki vəziyyətlərin qarşısını alır. HPV peyvəndi 9 yaşdan 26 yaşa qədər oğlan və qızlara tövsiyə olunur.
Bəzən illərlə orqanizmdə olan HPV virusu, sanki birdən yuxudan oyanır və xəstəlik törədir. Bütün viruslarda olduğu kimi, bu virusun da xəstəlik törədə bilməsində immun sistemin vəziyyəti mühüm rol oynayır. Əksər qadınlarda yoluxan papillomavirus ( HPV) immun sistemi tərəfindən bədəndən təmizlənir. Məhz immunmodulyasiyaedici və digər farmakoloji xüsusiyyətlərinə dayanaraq papillomavirusun törətdiyi müxtəlif xəstəliklərdə və prekanseroz vəziyyətlərdə omeloterapiya müvəffəqiyyətlə istifadə edilir.
Artıq Azərbaycanda omeloterapiya uğurla tətbiq olunur. Omeloterapiya ilə nə əldə olunur? Bioloji Təbabət klinikasının onkoloq-mammoloqu Rəna Niftalıyevanın sözlərinə görə, omeloterapiyanın köməyilə, orqanizmə immunmoduləedici təsir göstərməklə, aşağıdakı effektlərə nail olunur:
• makrofaqların birləşdirilməsi və aktivləşdirilməsi
• iltihabı stimulyasiya edən mediatorların azad olması (TNF-α, IL-1, IL-6),
• faqositar aktivliyin artması (bakterisid effekt)
• eozinofil qranulositlərin artması və aktivləşməsi
• killer-hüceyrələrin aktivliyinin artması
• dərinin dendrit hüceyrələrinin əmələ gəlməsinin və aktivləşməsinin stimulyasiyası
• leykosit sayının artması (ilk növbədə T-helperlərin)
• mediatorların azad olması (γ-interferon, IL-2, beta-endorfin)
• B hüceyrələrin sayının artması
• omelanın lektinlərinə və viskotoksinlərinə qarşı antitellərin əmələ gəlməsi, immunoprotektiv təsir: limfositlərin sitostatiklərin immunosupressiv və genləri məhvedici təsirindən qorunma.
Omeloterapiyanın təsiri:
- şiş əleyhinə
- proliferasiya əleyhinə
- metastaz əleyhinə
- analgetik
- hipotenziv
- antioksidant
- qanın reoloji xüsusiyyətlərinin yaxşılaşdırılması
- iltihab əleyhinə
- virus əleyhinə xüsusiyyətləri nəzərə alınaraq onu tək virus infeksiyalarında deyil, osteoartritlərdə, prekanserozlarda, onkoloji xəstəliklərdə, autoimmun xəstəliklərdə və s. effektiv müalicə məqsədi ilə istifadə olunur.
HELİXOR
TƏRKİBİ:
HELİXOR A - 1 mq, 5 mq, 20 mq, 50 mq, 100 mq inyeksiya üçün məhlul
Təsiredici maddə: ağ şam üzərində yaşayan ağ öksəotu (Viscum album) (bitki-ekstrakt nisbəti 1:20). Köməkçi maddələr: inyeksiya üçün su, NaCl, natrium hidroksid
HELİXOR M - 1 mq, 5 mq, 20 mq, 50 mq, 100 mq inyeksiya üçün məhlul
Təsiredici maddə: alma ağacı üzərində yaşayan ağ öksəotu (Viscum album) (bitki-ekstrakt nisbəti 1:20). Köməkçi maddələr: inyeksiya üçün su, NaCl, natrium hidroksid
FARMAKOLOJİ TƏSİR:
- immunmoduləedici
• makrofaqların birləşdirilməsi və aktivləşdirilməsi
• iltihabı stimulyasiya edən mediatorların azad olması (TNF-α, IL-1, IL-6),
• faqositar aktivliyin artması (bakterisid effekt)
• eozinofil qranulositlərin artması və aktivləşməsi
• killer-hüceyrələrin aktivliyinin artması
• dərinin dendrit hüceyrələrinin əmələ gəlməsinin və aktivləşməsinin stimulyasiyası
• leykosit sayının artması (ilk növbədə T-helperlərin)
• mediatorların azad olması (γ-interferon, IL-2, beta-endorfin)
• B hüceyrələrin sayının artması
• omelanın lektinlərinə və viskotoksinlərinə qarşı antitellərin əmələ gəlməsi, immunoprotektiv təsir: limfositlərin sitostatiklərin immunosupressiv və genləri məhv edici təsirlərindən qorunma
BÜTÜN BU QEYD ETDİKLƏRİMİZ ÖZÜNÜDİAQNOZ VƏ ÖZÜNÜMÜALİCƏ ÜÇÜN DEYİL! DİAQNOZ VƏ MÜALİCƏ ÜÇÜN HƏKİMİNİZƏ MÜRACİƏT ETMƏK MÜTLƏQDİR!
2. Viscum album extract (Helixor-M) treatment for thoracic duct injury after modified radical neck dissection: a case report
3. Effect of Helixor A on natural killer cell activity in endometriosis
4. Efficacy and safety of Viscum album extract (Helixor-M) to treat malignant pleural effusion in patients with lung cancer
5. Cytotoxic activity and absence of tumor growth stimulation of standardized mistletoe extracts in human tumor models in vitro
Aygün Musayeva