Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pankreatiti olan xəstələrə bu qidalar olmaz – QADAĞAN SİYAHISI

  • 2019.11.04 20:27
  • 14288 Baxış
Pankreatiti olan xəstələrə bu qidalar olmaz  – QADAĞAN SİYAHISI



Mədəaltı vəzi iltihabı hazırda bir çox gənc kişi və qadınlarda rastlanır. Mədə və ürək nahiyədə ağrı,yanğı, köp, ürəkbulanma, hərarətlə əlamət verir. Çoxu bu xəstəliyə səhv qidalanma xəstəliyi də deyir. Çünki mədəaltı vəz müasir qidaları sevmir. 



Pankreatitin müalicəsi ciddi dietadan keçir.



Medicina.az mədəaltı vəz xəstələrinə qəti qadağan olunan ərzaq siyahısını təqdim edir:



-Alkoqol – qəti olmaz

-Fast-food, restoran, kafe, küçə yeməkləri, tərkibində rəng, qatqı, konservant olan istənilən hazır qida

-Tünd çay, qəhvə - kofein selikli qişanı qıcıqlandırır



-Qoz, tum, avokado

-Qırmızı ət, ət məhsulları, ət bulyonları

-Şəkər, qənd



-Qazlı içkilər

-Yağlı süd, qənnadı məmulatları, tort, pirojna

-Müxtəlif şirniyyatlar, konfetlər



-Təzə çörək

-Qırmızı turp, xren, ispanaq, bolqar bibəri

-Çiy meyvələr



Bu qidalar mədəaltı vəz, mədəni yükləyir, ferment azlığı həzmi pozur.

 

Digər qəbul olunan, icazə verilən qidalar suda və ya buxarda yumşaldılmalı, nə soyuq, nə də isti olmalıdır

 





Pankreatiti olan xəstələrə bu qidalar olmaz  – QADAĞAN SİYAHISI