Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Panik atakı artıran qida və içkilər

  • 2023.05.12 15:43
  • 2810 Baxış
Panik atakı artıran qida və içkilər
Narahatlığı həddindən artıq artıra bilən qidalar və içkilər var. Bunlar müəyyən xəstəliklərin sürətlənməsinə təsir göstərir.

“Medicina” xəbər verir ki, həkim – kardioloq Anna Korenevanın sözlərinə görə, aşağıdakı içkilər sinir sisteminə birbaşa təsir göstərir və panik atakları artıra bilir.

1.Qəhvə – 30-40 dəqiqə ərzində parasimpatik sinir sisteminin inhibitor təsirini bloklayır və simpatik olan aktivləşir. Nəticədə qan təzyiqi yüksəlməyə, ürək daha sürətli döyünməyə başlayır.

Narahatlığı olmayan sakit insanlarda qəhvənin bu təsirləri güc və enerji artımı kimi hiss olunur. Amma nevroz insanlar ürək nahiyəsində narahatlıq, ürək döyüntülərinin artması, istilik və narahatlıq yaşayırlar.

Gündə iki fincan qəhvə infarkt keçirmiş insanlarda residiv nisbətlərini azaltmağa və ömrü uzatmağa kömək edə bilər. Söhbət süd və şəkərsiz qəhvədən gedir.

2.Spirtli və energetik içkilər – bir çoxları üçün rahatlamağa və narahatlığı aradan qaldırmağa kömək edir. Ancaq kiçik dozalar bir effekt verir. Eyni zamanda, spirtdən sui-istifadənin səbəbi də çox vaxt daimi narahatlıq, gərginlik və stressdir.

Bəs nə baş verir: Alkoqol qaraciyər fermentlərinin təsiri ilə asetaldehidə çevrilən kimi simpatik sinir sistemi aktivləşir: vazospazm yaranır, ürək döyüntüsü və təzyiq artır, qorxu və narahatlıq artır. Xəstələrin çoxu spirtli içki qəbul etdikdən bir gün sonra ilk panik atak keçirdiklərini söyləyirlər.


Təşvişi artıran digər məhsullar:

ədviyyatlar;
sarımsaq;
soğan;
xardal;
Müxtəlif bitkilər

Aynurə Məmmədova