Son zamanlar gənclər, yaşlılar, hətta uşaqlar arasında panik atak halları artıb.
"Medicina" xəbər verir ki, nevroloq Kseniya Ovsyannikova panik atak zamanı tez təsir edən metodları açıqlayıb.
"Panik atak zamanı ürək ritmi pozulur, təzyiq qalxır, ürək döyüntüsü artır. Ona görə ilk növbədə valerian və ya korvalol damcı ilə qəbul edilir.
Daha sonra isti su metodu sınanır. Əllərinizi və ayaqlarını bir vannada isti suya salırsız.
Və ya krandan gələn isti suyun altında saxlayırsız.
Bu halda siz sinir sisteminə siqnal ötürürüsüz ki, əllər və ayaqlarınız təhlükəsizdir.
Beyin və ürək qan dövranı yaxşılaşır, nəbz sabitləşir.
Bunun ardıyca sakit aram dərin tənəffüs məşqinə keçirsiz.
Döş qəfəsi ilə uzun nəfəs alıb uzun nəfəs verirsiz.
Nəfəs verən zaman 8-ə kimi sayın.
Daha sonra içinizdəki qorxunu dərindən səsli nəfəslə sanki çölə atırsız.
Bundan sonra tünd və şirin çay içirsiz. Beyin tam təhlükəsiz olduğundan əmin olur"
.
Sonra açıq pəncərə qarşısında uzanırsız və ətrafa baxa baxa hər şeyin keçdiyini 30 dəfə deyirsiz"
Aygün Musayeva