Stres, qorxu, təşviş, həyatda çətinliklər müasir insanı sağ ikən ölüm hissini daddıran panik atak kimi sindromla üzləşdirir.
Hazırda sinir və əsəb gərginliyinə bağlı beyinin qorxulu oyunu – panik atakı keçirənlərin sayı gündən-günə artır.
Medicina.az panik atak zamanı tutmanı effektiv olaraq azaltmağın, tamam qarşısını almağın 10 üsulunu təqdim edir:
- Nəfəs almaq, nəfəsi nəzarətə götürmək – bunun üçün kağız paketi ağzınıza tutaraq, dərindən nəfəs alıb verin.
- Soyuq su içmək. Ən şiddətli panika halında belə kiçik qurtumlarla soyuq su içmək lazımdır
- Üz, boyun, dirsəkləri soyuq su ilə yumaq
- Ovucları ovuşdurmaq, əlləri əşyalara toxundurmaq, nəsə sıxmaq – bu beynin diqqətini yayındırır. Yanınızda kiçik rezin top ola bilər.
- Bərkdən mahnı oxumaq
- Ayağın altına diyircəkli nəsə qoyub sürtmək – məsələn dezodorant
- Nanəli saqqız çeynəmək