Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiyanın yeni mərkəzi ÜST açıqladı

  • 2020.10.27 10:16
  • 8432 Baxış
Pandemiyanın yeni mərkəzi  ÜST açıqladı

Koronavirus pandemiyasının yeni mərkəzi Avropadır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir.

ÜST-ün Baş katibi Tedros Adanom Qebreyesusun pandemiya mütəxəssisləri ilə təşkil etdiyi konfransda Avropa qitəsində ciddi qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Baş katib bildirib ki, ötən həftə dünya miqyasında yoluxma saylarında ən yüksək rəqəm qeydə alınıb.

Şimal yarımkürəsindəki bir çox ölkədə xəstəxanaya müraciətlərin təşvişdoğurucu şəkildə artdığına diqqət çəkən Qebreyesus, xüsusilə, Avropa və Şimali Amerikada reanimasiya şöbələrinin sürətlə dolduğunu söyləyib.

ÜST Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn isə ötən həftə dünya miqyasındakı bütün yoluxmlarının 46%-nin, ölümlərin isə üçdən birinin Avropa bölgəsində qeydə alındığını diqqətə çatdırıb: “Beləliklə, Avropa bölgəsinin hazırda xəstəliyin mərkəzi olduğundan şübhə qalmır. Bu virusun qarşısını almalıyıq. Sonra da virusdan irəlidə qalmalıyıq”.