“Yeni növ koronavirus infeksiyası hələ mövsümi xəstəlik sayıla bilməz, o, hələ də pandemiya mərhələsindədir. Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”.
"Medicina" xəbər verir ki, bunu ÜST Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.
“Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də çoxlu sayda xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir, dalğa gəlir”.
O, əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır. Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq.
Aygün M