Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiyanın insanlara ən dəhşətli təsiri açıqlandı

  • 2021.10.11 18:31
  • 2533 Baxış
Pandemiyanın insanlara ən dəhşətli təsiri açıqlandı

Alimlər koronavirus pandemiyasının insanlara yeni fəsadları və təsiri barədə açıqlama edib.

Medicina.az xəbər verir ki, The Lancet elmi dərgisində çap olunan məqalədə bütün dünyada depressiya və təşviş pozuntusu xəstəliklərinin əvvəlki ilə nisbətən 4 dəfə artdığı bildirilir.


Alimlər 5684 mənbəni araşdırıb, nəticələr göstərib ki, 48 elmi araşdırma depressiv pozulmalar, 27 mənbə isə təşviş pozuntularının artdığını sübut edib.


2019-cu ildə hələ pandemiya olmayan dövrdə kliniki depressiya xəstələrinin sayı 193 milyon nəfər idisə, indi bu rəqəm 246 milyona çatıb.

Alimlər hesab edir ki, bu problemlər ən çox qadınlarda aşkarlanıb.

Eləcə də 20-24 yaş arası gənclərdə depressiya və təşviş pozuntusu artıb. Hər 100 min gəncin 1120 nəfərində bu psixoloji problem diaqnoz olunur.


Pandemiya davam etdikcə, bu rəqəmlər arta bilər.