"Gürcüstanda son günlər koronavirusa yoluxma hallarının kəskin artması ikinci dalğa deyil".
Medicina.az xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.
O, artımın daxili turizmlə bağlı olduğunu deyib.
Həkim qeyd edib ki, Gürcüstanda koronavirusun ikinci dağlası qış fəslində gözlənilir.