Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiyanın ən təhlükəli mərhələsindəyik - ÜST

  • 2021.07.07 13:46
  • 2930 Baxış
Pandemiyanın ən təhlükəli mərhələsindəyik -  ÜST
Koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq birliyin qazandığı uğurlara baxmayaraq, çox təhlükəli mərhələdəyik.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus söyləyib.

“Yeganə çıxış yolu ölkələrə fərdi qoruyucu vasitələrin, testlərin, müalicə materiallarının və vaksinlərin ədalətli paylanmasına dəstək verməkdir”, - baş direktor pandemiya ilə mübarizə üzrə beynəlxalq tərəfdaşlıq şurası olan “ACT Accelerator”un iclasında bildirib.

Qebreyesus əlavə edib ki, virusla mübarizə aparmaq üçün kifayət qədər vaksin alan dövlətlər pandemiya ilə əlaqəli məhdudiyyətləri yumşaltmağa başlayıb. Lazımi miqdarda vaksin əldə edə bilməyən ölkələrdə isə xəstəxanaya yerləşdirmə və ölüm halları artıb.