Fransada koronavirusun beşinci dalğası sürətlə başlayıb.
Bunu ölkənin Nazirlər Kabinetinin təmsilçisi Qabriel Attal bəyan edib.
O, “Europe 1” radiosunun efirində son həftə ərzində yeni yoluxma sayının 80% artdığını bildirib.
Attalın sözlərinə görə, Fransada hər gün orta hesabla 17 min yeni COVID xəstəsi aşkar olunur.