ÜST rəsmisi Mike Ryan koronovirusun ilin sonuna qədər başa çatacağının real olmadığını bildirib.
Medicina.az xəbər verir ki, vəziyyətin peyvəndləmənin başladığı 10 həftə əvvələ kimi daha yaxşı olduğunu vurğulayan Ryan, virusun nəzarət altına alınmağa başlandığını söyləmək üçün çok erkən olduğu xəbərdarlığını edib.
Ryan ÜST-ün virusun yayılmasının qarşısını almağa çalışdığını deyərək “Məsələ bizim virusu nəzarət altına almağımızdır. Amma hazırda nəzarət artıqlaması ilə virusdadır”, - deyib.
ÜST-ün digər nümayəndəsi Maria Van Kerkhove isə pandemiyanın nə zaman bitəcəyinə dair hansısa təxminin olmadığını bildirib.