Koronavirusa yoluxma riskini yalnız planetdəki bütün insanların ən azı 80 faizi peyvənd olunduğu təqdirdə azaltmaq mümkün olacaq.
Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan brifinqdə deyib. Mütəxəssis pandemiya ilə mübarizədə geniş vaksinasiyanın əhəmiyyətli olduğunu söyləyib:
“Düşünürük ki, yayılmanı əhəmiyyətli dərəcədə azaltmaq üçün dünya əhalisinin təxminən 80 faizi peyvəndlənməlidir”.
Mütəxəssis bu qaydanın həm az sayda infeksiya, həm də yoluxma nisbəti yüksək olan ölkələrə aid olduğunu açıqlayıb. Rayana görə, sərhədləri açmaq virusun daha geniş yayılmasına səbəb ola bilər. Bu baxımdan yeni xəstəlik ehtimalı istisna edilmir:
“Bu səbəbdən hər kəsin vaksinasiyaya ehtiyacı var. Yalnız peyvənd insanları qoruya bilər”.