Tezliklə koronavirus pandemiyası səngiyəcək, karantin dövründə bəzi xəstəliklər daha da kəskinləşəcək, əvvəllər heç bir ciddi problemi olmayan insanlar həkimə getməli olacaqlar.
Medicina.az xəbər verir ki, pandemiya bitdikdən sonra bütün vətəndaşlar qanın kliniki analizini verməlidir. Bu analiz eozinofillərin və allergik komponentlərin vəziyyətini göstərəcək. Məhz bu analizlə orqanizmdə hər hansı infeksion iltihabın olmasını bilmək olacaq.
Eləcə də qanazlığı görünəcək. Pandemiya dövründə çox insanların immuniteti zəifləyə və orqanizmdə gizli iltihabi proseslər gedə bilər. Ona görə də epidemiyadan sonra yoxlanmaq və ən azı bu analizi vermək mütləqdir