Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus COVID-19 pandemiyasının sona çatmasından sonra dünyanın üzləşəcəyi ciddi qlobal nəticələri sadalayıb.
Medicina.az xəbər verir ki, ÜST-in baş direktoru bildirib ki, hər şey bitdikdən sonra dünya pandemiyanın başlamasından əvvəl daha əhəmiyyətli olan ciddi problemlərlə və çətinliklərlə üzləşəcək:
"Bunlar yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər və iqlim dəyişikliyidir. Koronavirus pandemiyası göstərdi ki, sağlamlıq risk altında olanda hər kəs risk altındadır."
ÜST rəhbəri, həmçinin sağlamlığın dəyərinin qavranılmasında “fundamental dəyişikliyə” çağırıb.