Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkimlərdən qrip peyvəndi xəbərdarlığı: "Antibiyotiklərin yeri yoxdur"

  • 2020.09.29 12:48
  • 2080 Baxış
Həkimlərdən qrip peyvəndi xəbərdarlığı:   "Antibiyotiklərin yeri yoxdur"
Soyuq havaların gəlməsi ilə insanların qrip, soyuqdəymə kimi xəstəliklərə yoluxma riski artır. Ona görə də həkimlər uşaqların qripə qarşı peyvənd olunmasını məsləhət görürlər.

Medicina.az xəbər verir ki, həkimlər qrip peyvəndinin 6 aydan yuxarı bütün uşaqlara edilməli olduğunu vurğulayırlar. Həmçinin, peyvəndlə yanaşı, xəstəlikdən qorunmaq üçün ictimai yerlərdən uzaq durmaq və xəstələrlə təmasda olmamaq lazımdır. Bunlarla yanaşı, qidalanma və yuxuya da nəzarət edilməlidir. Həkimlər qeyd edirlər ki, qripin müalicəsində antibiyotiklərin yeri yoxdur. Qidalanmağa diqqət edilməli, bol maye qəbulu və istirahət lazımdır.

Aygün Nəbiyeva