2 ildən çox davam edən pandemiyada kovidə yoluxub ölənlərin sayına görə milyonlarla uşaq atasız, anasız qalıb.
"Medicina" xəbər verir ki, alimlər təxminən 8 milyon uşağın kovidə görə yetim qaldığını hesablayıb.
Bu, 2020-ci ilin yanvarından bu ilin mayına olan məlumatdır.
Bu ilin may ayından bu rəqəm daha da artıb.
Alimlər təkcə rəsmi rəqəmləqə əsaslanmayıblar.
Məsələn, Rusiyada rəsmi koviddən 385 min insan ölüb. Amma bu rəqəmlərin yarım milyon olduğu deyilir.
Ümumilikdə dünyada 10 milyon uşaq valideynindən birini itirib, 7,5 milyonu hər iki valideynini itirib.
Ən çox say Afrika və Asiyaya düşür
Avropada yetim uşaqlarda artım olmayıb. Orda daha çox yaşlı insanlar kovidin qurbanı olub.
Aygün Musayeva