Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiyada evdə qalan uşaqlarda diabet RİSKİ

  • 2021.04.27 11:57
  • 1363 Baxış
Pandemiyada evdə qalan uşaqlarda diabet  RİSKİ
Pandemiyada evdə qalan uşaqlarda diabet xəstəliyi artıb.

Medicina.az xəbər verir ki, diabetin əlamətləri haqqında danışan professor Enver Şimşek valideynləri diqqətli olmağa çağırıb:

“Əgər uşağınız çox su içirsə, gecə tez-tez tualetə durursa, yatağını isladırsa, normal qidalandığı halda çəki itirirsə, halsızlığı varsa bundan şübhələnmək lazımdır. Diabetin uşaqlarda bilinməməsi mümkün deyil. Bu əlamətlər getdikcə daha da artır. Diabetlə erkən tanışlıq həm uşaq, həm də ailənin travma yaşaması baxımından önəmlidir. Pandemiyada evdə qalan uşaqlarda tip-1 diabetlə yanaşı, artıq çəkiyə bağlı olan tip-2 diabetdə artıb. Sürətli çəki almaq isə tip-2 diabet riskini artırır”.