May ayının sonlarında yoluxma sayında azalma müşahidə olunacaq.
Medicina.az xəbər verir ki, infeksionist professor Orhan Yıldız reanimasiyada yatanların əsasən gənclər olduğunu bildirib:
“Buna səbəb koronavirusun ingilis variantının olmasıdır. İlk pikdə 50 yaş və yuxarı insanlar daha çox yoluxurdu. İndi daha çox gənc insanlar virusdan təsirlənir. İngilis mutasiyası digərilərinə görə daha yoluxdurucudur. Ölkəmizdə görülən ilk iki pik Çindən gələn virus idi. Əvvəlki pik vaxtda virusa yoluxmayanların 85-90 faizi indi ingilis mutasiyasına yoluxdu. Artıq cəmiyyətin yarısı virusa yoluxub və keüçirib. Qalan 20-30-luq kütlə isə bu pik zamanda xəstəliyi yaşayacaq”.
MAYIN SONUNDA SÜRƏTLƏ AZALACAQ
“Təxminən pik nöqtənin sona çatdığı zamanda 70 faiz kütlədə immunitet yaranacaq. May ayının sonunda yoluxma sayının azaldığını görəcəyik. Koronavirus hər il qrip kimi yeni bir mutasiya ilə qarşımıza çıxa bilər. Buna görə də hər il vaksinasiya olunmaq məcburiyyətində qala bilərik. Mən 4-cü pikin olacağını düşünmürəm”.