2020-ci ilin martından bugünədək 94 ölkədən azı 1 940 jurnalist koronavirus infeksiyası nəticəsində dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı "Press Emblem Campaign" (PEC) hesabat açıqlayıb.
Siyahıda birinci yerdə Banqladeş (68), ikinci yerdə ABŞ (67), üçüncü yerdə isə İtaliya (61) gəlir.
Rusiyada koronavirusdan 42 media işçisi ölüb. İran isə 34 nəfərlə siyahıda ilk onluqdan sonra qərarlaşıb.
Təşkilatın fikrincə, media işçiləri pandemiya zamanı xüsusi risk altındadır, çünki onlar hadisə yerindən məlum
at verməlidirlər.
2004-cü ildə yaradılmış "Press Emblem Campaign" BMT-də məsləhətçi statusa malikdir.