Hazırda dünya alimləri pandemiyadan xilas olmaq üçün insanlıqdan asılı olan bir şeyin olmadığını bildirir.
Pandemiyanın inkişafı və bitməsi 2 ssenaridən asılıdır: ya vaksin tezliklə hazır olmalı və əhali vaksinasiya edilməlidir. Ya da bütün Yer üzü əhalisinin 60-65%-nin yoluxmasının bitməsini gözləmək. Bu isə yumşaq karantin və təcrid qaydaları ilə 1 il çəkə bilər.
Medicina.az xəbər verir ki, bu barədə Avropa infeksionistlər və epidemioloji araşdırmalar qrupunun mütəxəssisləri onlayn konfransda bildirib.
Bəs o zaman bu karantin tədbirləri nə üçündür? Bu epidemiyanın daha yumşaq keçməsi və səhiyyənin üzərinə düşən yükü bölüşdürmək və çökməsinin qarşısını almaq üçündür. Çünki karantin olmazsa, yoluxma indiki rəqəmlərdən 4-5 dəfə artıq ola bilər ki, bunun qarşısında heç bir ölkə səhiyyəsi tab gətirə bilməz. İnsanları isə evdə təbii seçimə buraxmaq olmaz.
Amma əslində epidemiyalarda təbii seçim həmişə bir addım öndə olub. Lakin biz orta əsrlərdə yaşamırıq və dövlətlər səhiyyə sistemi formalaşdıraraq, vətəndaşları qarşısında öhdəliyi var. Koronavirus hələ 1 il bəşəriyyətə güc gələcəyi üçün alimlər və tibb bu virusa qarşı çox yaxşı müalicə dərmanları da düşünməlidir.