Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya xəstəxanasında bir tibb işçisi virusa yoluxub- RƏSMİ

  • 2020.04.08 18:29
  • 1530 Baxış
Pandemiya xəstəxanasında  bir tibb işçisi virusa yoluxub - RƏSMİ

“Tibb işçiləri arasında yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında baş verən bir faktlımız var”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, yoluxma daha çox pandemiya ilə məşğul olmayan xəstəxanalarda baş verib:

“Asimtomatik pasiyentlər digər patologiyalarla bu xəstəxanalara müraciət edir. Tibb müəssisəsində çalışan, xüsusilə orta tibbi personal qorunma tədbirlərinə diqqətli yanaşmadıqda belə hallar baş verir. Tibb işçilərinin özlərini qoruması üçün təlimatlar hazılamışıq”.

Tibb işçiləri arasında yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox deyil. Pandemiya xəstəxanaları lazımi vasitələrlə təchiz olunub. Başqa xəstəxanalarda olan çatışmazlıqlar da aradan qaldırılır”.