Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya uşaqlarının daha sağlam mikrobiomu var – Alimlər

  • 2024.03.04 18:23
  • 869 Baxış
Pandemiya uşaqlarının daha sağlam mikrobiomu var  – Alimlər

Pandemiya uşaqlarının bağırsaq mikrobiomu daha sağlam olacaq.


“Medicina” xəbər verir ki, karantinə qədərki uşaqlarla pandemiyada doğulub böyüyən uşaqların sağlamlığı arasında fərq olacaq.

Karantin tədbirlərinə görə uşaqlar arasında mövsümi xəstəliklər az oldu və antibiotik qəbulu çox az olub. Bu səbəbdən bağırsaq mikroflorası daha toxunulmaz qalıb.

Belə ki, araşdırmalar pandemiyada doğulmuş uşaqların mikroflorasında daha çox bifidobakteriyaların olduğunu sübut edib.

Eləcə də onlarda toksinlər hasil edən maddə azdır, bu da pandemiya uşaqlarının daha az allergik olmasına səbəb olur.

Bu nəticəyə İrlandiya alimləri gəlib.

Pandemiyada doğulan uşaqlar və anaları daha az insanla təmasda olduğu üçün daha gec və az xəstələniblər və antibiotik müalicəsi almayıblar. Eləcə də karantin ana südü ilə qidalanma müddətini uzadıb.


Pandemiya uşaqlarında mikrobiom sağlığının nə qədər davam edəcəyi araşdırılır. Əgər 7 yaşa kimi qorunarsa, bu uşaqlarda gələcəkdə daha sağlam göstəricilər ola bilər.


Aygün Musayeva