Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya: üçüncü dalğa əvvəlkilərdən fərqlənir - Dünya xaosdan nə vaxt çıxacaq?

  • 2021.03.10 15:02
  • 2529 Baxış
Pandemiya: üçüncü dalğa əvvəlkilərdən fərqlənir   -  Dünya xaosdan nə vaxt çıxacaq?

Koronavirusun bir il ərzində 10 min dəfə mutasiyaya uğradığı və artıq bir neçə bölgəsəl mutasiyaların üçüncü dalğada yayıldığı məlumdur.

Avropa yenidən isterika və panikadadır, ABŞ dövlət rəhbərləri əsəbi halda vaksinin çatışmadığını və yoluxma ilə peyvəndləmənin ayaqlaşmadığını bildirir. Varlı ölkələr bahalı, effektiv vaksini birinci və çox almaq üçün yarışa girib. Vaksin istehsalı isə hamıya yetəcək qədər deyil.

Dünya pandemiyanın üçüncü dalğasına sarılıb.

Bir çox alimlər isə ümumiyyətlə vaksinin yarım il sonra köhnəlmiş və mutasiyalara qarşı effektsiz olacağını deyir. Vaksin olunmuş insan da yoluxacaqsa, o gedib vaksin olunmayanı yoluxduracaq, yenə səhiyyə yüklənəcək. Bir ölkə peyvənd olunacaq, digəri peyvəndsiz qalacaq, bəs hava yolu, sərhədlər belə olan halda necə açılmalıdır ki, insanlar rahat səfər edə bilsinlər. Axı peyvənd olunmayanı bəzi ölkələr sərhədindən buraxmaq istəməyəcək.


Medicina.az xəbər verir ki, rusiyalı həkimlər və koronavirus üzrə mütəxəssislər üçüncü dalğada yoluxanların xəstəlik gedişatında əvvəlki dalğalardan fərqləndiyini deyir.

Əvvəlki 2 dalğada yoluxmayanlar və sağlamlığı kifayət qədər güclü olan gənc və orta yaş insanlar da yoluxub. Artıq növbə yoluxmayanlara çatıb. Hətta bu dəfə bir doza və ikinci doza Sputnik peyvəndi olunanlar da arasında da yoluxan var.
Həkimlərin fikrincə, indi karantin tədbirləri sərt olan ölkələrdə də yoluxmanın artmasının səbəbi yeni mutant versiyanın hər yerə yayılmasıdır.

Britaniya ekspertlərinin dediyi kimi, yeni ştamllar (onlar bir deyil) daha yoluxdurucudur.
Amma bir tərəfdən o, təkrar kütləvi yoluxma və çox ölümə səbəb olmur. Lakin bununla belə ümumi pandemiyada dövründəki kimi əhali sayə və yoluxanlara nisbətdə ölüm və itki yenə də 0,5-1% arası qalır, ciddi azalma yoxdur.
Kim ki, birinci Yuhan virusuna qarşı dözümlü idi, Britaniya ştammına tab gətirə bilmədi.



Hansı nəticəni çıxarmalı, insanlar nə etməlidir?

Bu gedişlə koronavirusdan gizlənmək, qaçmaq və maska, spirtlə qorunmaq faydasızdır. Karantin tədbirləri, məcburi təcrid insanlara şans vermir. Daim qapalı yaşamaq olmaz, virus isə mutasiyaları ilə hər yerdədir.

Zaman və ötən bir il göstərdi ki, karantinlə epidemiyadan xilas olmaq mümkün deyil.
Sərhədlərin ciddi bağlanması da kömək etmədi, mutant virus sərhədləri çox gözəl də keçdi.

Çıxış yolu: kütləvi yoluxmaqda və ya kütləvi, bir ölkədə əhalinin ən azı 80% vaksinlənməsindədir. Hələ ki. İsrail bu yolu tutub. Kollektiv immunitet üçün ya karantin tam aradan qaldırılıb, dünyanın bir neçə ayda yoluxub bitməsini təmin etmək, ya da 2 ay ərzində bütün ölkələrin peyvəndləşdirilməsini bitirməkdir.

Amma alınmır. Birincidən qorxurlar, ikinci isə mümkün deyil. Bilməliyik ki. vaksinasiya epidemiyanı bitirmək üçün yox, insanların daha çox ölməsinin və xəstəliyi ağır keçirməsinin qarşısını almaq üçündür. Bu daha real tapşırıqdır. Ona görə vaksin olunduq hər şey bitdi nağılını da unudun.