Oksford Demoqrafik elm mərkəzi 29 ölkə üzrə apardıqları tədqiqatın nəticələrini açıqlayıb.
"Medicina" xəbər verir ki, alimlər Covid pandemiyasının bütün dünyada orta insan ömrünü rekord həddə azaltdığını bildirib.
Onlar ABŞ, Avropa üzrə 29 ölkədə 2019-cu ildən bu vaxta kimi ölüm səviyyəsini təhlil edib.
Adətən epidemiyalardan sonra orta ömür çox sürətlə bərpa olur və ölüm statistikası azalırdı.
Lakin alimlər Coviddən sonra bərpanın ləng getdiyini bildirir.
İsveç, Belçika və Fransada ömür həddi 2018-ci ildəki rəqəmlərə qayıdıb.
Amma Şərqi Avropada demoqrafik göstəricilər düşükdür.
Burda pandemiya insan ömrünü 2 ildə 43 ay qısaldıb.
Yüksək faizlə peyvənd olunan dövlətlərdə bu rəqımlər azdır və əhalinin ömür səviyyəsi əvvəlki illərə qalxır.
Ammma ümumilikdə pandemiya orta ömrü 35-40 ay qısaldıb.
Aygün Musayeva