Koronavirus yeni COVİD 2019 epidemiyası ÜST tərəfindən pandemiya elan edildi.
Medicina.az pandemiya ilə epidemiyanın fərqini, pandemiyanın əslində nə olduğunu məlumatı az olanlar üçün təqdim edir.
Pandemiya yunan dilindən Hər şey deməkdir. Pandemiya bir xəstəliyin – fərqi yoxdur virus mənşəli, heyvanlar arasında, hər hansı bakteriya mənşəli istənilən xəstəliyin dünya masştabında, bütün dünyanı əhatə etməsi deməkdir.
Yəni bu xəstəlikdən kənarda çox az sayda ölkə kənarda qalır və xəstəlik bütün qitələrə sıçrayır.
Epidemiya isə bir neçə ölkə və ya epidemiya mərkəzinin qonşuluğunda olan ölkələrə yayılma vəziyyətinə aid edilir.
Pandemiya elan edilən xəstəliyə qarşı Yer kürəsi əhalisinin 90%-nin immuniteti olmur və insanlıq bu virusu ilk dəfə tanıyır. Eləcə də o xəstəlik pandemiya qrupuna adi olur ki, ona qarşı nə vaksin var, nə də konkret dərman.
Koronavirus pandemiyasından öncə elan olunan pandemiya alovlanması heyvanlar arasında yayılan qrip virusları ilə bağlı idi.
Tarixdə ən dəhşətli infeksion pandemiyaları: qripp, xolera, vəba hesab olunur.
Pandemiya niyə çox təhlükəlidir?
İş ondadır ki, orta əsrlərə və XX əsrlə müqayisədə indi virusların daha çox ölkəni əhatə etməsi asanlaşıb. İnsanlar bir neçə saata bir qitədən digərinə gedir. İri şəhərlər, meqapolislərdə, paytaxtlarda hər an yüzlərlə insan bir məkanda, küçədə toplaşır, rastlaşır.
Virusun epimərkəzi elan olunana qədər, insanlar ordan çıxıb ətraf ərazilərdəkiləri yoluxdurur. İndi insanları təcrid etmək daha çətindir. Çünki müasir insan evdə uzun müddət qala bilməz.
Pandemiyaya səbəb olan tibbə naməlum və yeni virusun dərman və vaksininin hazırlanması aylar çəkir.
Pandemiya zamanı tibbi məntəqələr normadan artıq yüklənir və fövqəladə hallarda tibbi personalın çatışmaması baş verə bilər.
Bir sözlə, pandemiya lokal maşstabda sərhədləri aşan və bütün yer üzünə təhlükə yaradan epidemiyaya deyilir.
Koronavirus ilk dövrlərdə pandemiya elan edilmədi və Dünya Səhiyyə təşkilatı onun epidemiya olaraq qalacağına və ölkələrin onun yayılmasına qarşı tam səfərbər olacağına inanırdı və gözləmə mövqeyi tutdu.
Halbuki koronavirus elə ilk vaxtlardan planetin müxtəlif uzaqlıqda nöqtələrində təzahür edirdi.
ÜST rəsmisinin sözlərinə görə, pandemiya sözü özlüyündə ciddi təşviş yaradır, amma onun da qarşısını almaq mümkündür.
Sadəcə insanlar, dövlətlər və tibb personalı pandemiyada ikiqat daha diqqətli olmalıdır.
Çox gözəl bir məlumatdır.Həddindən artıq çox məlumat ,yararlı və geniş bir məlumatdır.Məlumatınız üçün,Təşəkkür edirəm.!