Payızdan qışa keçid mövsümi xəstəliklərin də yayıldığı bir dövrdür. Odur ki, mövsümi xəstəliklər ənənəvi olaraq artır. Bu, dünyanın bütün ölkələrində müşahidə olunur. Pandemiya hələ sona çatmayıb. Dünya Səhiyyə Təşkilatı onun sona çatması ilə bağlı heç nə deməyib. Pandemiya olduğu müddətdə təbii ki, karantin davam edir. Sadəcə karantin qaydaları həddən artıq yumşaldılıb və biz onu hiss etmirik.
"Medicina" xəbər verir ki, bu sözləri professor Adil Qeybulla son günlərdə ölkədə xəstəliklərin artması haqqında danışarkən deyib. Həkim bildirib ki, karantin qalırsa, biz müəyyən qaydaları hələ də gözləməliyik:
"Yaxşı olardı ki, xəstə adamlar işə gəlməsin, yataq rejiminə keçsinlər və sağalsınlar. Bundan başqa işdə xəstə ilə kontaktda olmamaq üçün maska taxmaq və məsafə gözləmək daha məqsədəuyğundur. Yoluxmamağa çalışmaq lazımdır. Yoluxan şəsx isə xəstəliyi ayaqüstə keçirməsin, yataq rejiminə keçməli və maye qəbul etməlidir. Lazım olarsa, həkim məsləhətinə əməl etsin.
Bir tərəfdən mövsümü xəstəliklərin yayılması və pandemiyanın davam etməsi, digər tərəfdən isə Rusiyada donuz qripinin yayılması haqqında məlumatlar bizi ehtiyatlı davranmağa səsləyir. H1N1 virusu qripin bir növüdür. Ev heyvanlarından donuzlarda təsadüf edildiyindən simvolik olaraq donuz qriöi adılanır. Donuz qripi də digər qrip növləri kimi, yüksək hərarət, baş və əzələ ağrıları, ümumi halsızlıq, yuxarı tənəffüs yolları itihabının kataral əlamətləri, asqırma, öskürmə və sairlə davam edir.
Eyni zamanda intoksikasiya əlamətləri də göz önündə olur. Odur ki, bu xəstələr mütləq yataq rejimində olmalı, həm də situasiyadan asılı olaraq müalicə təyin edilməlidir.
İlk günlərdə isə xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün yataq rejiminə keçmək, maye qəbulunə diqqət etmək, özünü gözləmək, xəstəliyin ağırlaşmaması üçün bu, çox mühümdür. Təəssüflər olsun ki, əvvəlki illərdən də görürük ki, bu cür xəstələr özlərini qorumurlar. Ağırlaşmaların çoxu bundan qaynaqlanır. Bu mürəkkəb vəziyyəti nəzərə alaraq hər kəsə özünü fərdi şəkildə qorumağı tövsiyə edirəm. Unutmamalıyıq ki, pandemiyada əhalinin böyük əksəriyyəti yoluxduğundan immun sistemimdə güclü təlatümlər yaradıb. Odur ki, hazırkı immun sisteminiz əvvəlki deyil".
Məlumat üçün bildirək ki, son bir həftə ərzində Rusiyada qrip və SARS xəstələrinin sayı demək olar ki, 24 faiz artıb. Bu barədə infeksionist, tibb mərkəzlərindən birinin rəhbəri Yevgeni Timakov danışıb. O, bildirib ki, növbəti iki ildə insanlar daha tez-tez və daha ağır xəstələnəcək. /publika.az/