Pandemiya dövründə orqanizmi möhkəmləndirmək üçün effektiv və ucuz vasitələrdən biri də səbzələrdir.
Medicina.az xəbər verir ki, göyərtilərdən cəfəri hətta zəncəfildən də yaxşı təsir göstərir.
Cəfəri orqanizm üçün vacib olan bütün mikroelementləri özündə birləşdirir. Bunların içində fol turşusu, B qrup vitamini, E, K, PP, vitamini, C vitamini, orqanik turşular, kaliy, kalisum, dəmir, minerallar, makroelementlər, askorbin turşusu, retinol, beta karotin və s.
Cəfəri qanı durulaşdırır, damarları açır, iltihab əleyhinə təsir edir, ciyərləri təmizləyir, ürək əzələsini qüvvətləndirir, böyrəkləri təmizləyir.
Qanda şəkərin miqdarını, təzyiqi salır, spazmları aradan qaldırır.
Ona görə koronavirusa qarşı profilaktik olaraq hər gün bir dəstə cəfəri yeməyiniz faydalıdır.