Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya gələn ilin payızında başa çata bilər - "Moderna" rəhbəri

  • 2021.09.23 14:08
  • 1059 Baxış
Pandemiya gələn ilin payızında başa çata bilər -  "Moderna" rəhbəri
"Koronavirusa qarşı dərmanların hazırda artan istehsalı nəzərə alınsa, pandemiya gələn ilin payızında başa çata bilər".

Medicina.az xəbər verir ki, bunu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin Baş direktoru Stefan Bansel bildirib.

Onun sözlərinə görə, son altı ay ərzində istehsalat sahələrinin artdığı əsas götürülsə, Yer kürəsində hamının peyvəndlənməsi üçün lazımi miqdarda dərman dozalarının 2022-ci ilin ortalarınadək əldə ediləcəyini gözləmək olar.

Ekspert həmçinin qeyd edib ki, hazırda dünya üzrə geniş yayılan koronavirusun “Delta” ştamı xeyli yoluxucu olduğu üçün peyvənddən boyun qaçıranlar böyük ehtimalla xəstələnəcəklər.