Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya ən pik həddi keçdi - Alimlərdən xoş xəbər

  • 2021.01.07 14:50
  • 2149 Baxış
Pandemiya ən pik həddi keçdi  - Alimlərdən xoş xəbər

Alimlər koronavirus pandemiyasının yaxın iki ay ərzində tədricən zəifləyəcəyini proqnozlaşdırır.

İmmunoloq Vladimir Bolibokun verdiyi məlumata görə, bundan sonra yoluxmalarda payız və dekabr aylarında olduğu kimi böyük artım olmayacaq.

“Ən yüksək zirvəyə çatdıq. Bu, pandemiyada ən yüksək dalğa idi. Fevral ayının sonu - mart ayının əvvəlində bu rəqəmlərdən ayrılacağıq, yoluxma sayı azalacaq”, - immunoloq qeyd edib.

“Yazda yoluxmada azalma olacaq, ancaq kəskin deyil, tədricən. Peyvənddən düzgün istifadə edilərsə, koronavirus infeksiyası daha sürətlə azalacaq”.

Mütəxəssislər hesab edir ki, ən kəskin azalma 2021-ci ilin yayında özünü göstərəcək.