Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya dövründə göz sağlamlığı ilə bağlı XƏBƏRDARLIQ

  • 2020.08.31 11:25
  • 3552 Baxış
Pandemiya dövründə göz sağlamlığı ilə bağlı  XƏBƏRDARLIQ

Mütəxəssislər qeyd edirlər ki, pandemiya günlərində evdən işləmək, onlayn dərslər və iclaslarda gündəlik olaraq uzun saatlar keçirmək göz sağlamlığımıza mənfi təsir edir. Gözlərinizdə sancma, yanma kimi şikayətləriniz varsa, göz quruluğu sindromu ilə qarşılaşa bilərsiniz. Buna görə də həkimlər uzun müddət kompyuter və ya telefon ekranına baxaraq işləyənlərin ara verməyini məsləhət edir.

Medicina.az göz sağlamlığı ilə bağlı araşdırmanı təqdim edir:

Mütəxəssislər hesab edir ki, göz quruluğu düzgün müalicə edilməzsə ciddi görmə probleminə yol aça bilər.
Lazım gələrsə, gündə 2-3 dəfə konservantsız tək dozalıq süni göz yaşı damlasından istifadə edə bilərsiniz.


Amma həmin dərmana ehtiyac artarsa, gözlərdə ciddi qızartı, batma, yanma, ağrı və bulanıq görmə kimi ciddi simptomlar yaranarsa ən qısa müddətdə həkimə müraciət edilməlidir. Bir müddət işləməyə ara verərək, mümkünsə təmiz havada bağça və ya eyvan kimi bir yerdə vaxt keçirilməlidir. Əgər kondisionerli otaqda işləyirsinizsa, soyuğun birbaşa üzünüzə vurmamasına diqqət edin. Əks halda, yenə göz quruluğu problemlərinə səbəb olacaqdır. Gözlərində problemi olanlar mütləq kompyuterdə işləyərkən eynəkdən istifadə etməlidir. Əks halda, başağrısı və yorğunluq kimi simptomlar arta bilər. İstifadə etdiyiniz ekran çərçivəsi şəxsə görə ayarlanmalıdır. Ekran çərçivəsinin üst hissəsi gözünüz ilə eyni səviyyədə və ya daha aşağıda olmalıdır. Əgər gözünüzdən daha yüksəkdə yerləşən ekrandan istifadə etsəniz göz qapaqlarının daha çox aralanmasına və göz quruluğuna səbəb olacaq.