Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Pandemiya dövründə ehtiyacı olan ailələrə sosial dəstək” - Yeni layihə

  • 2020.10.03 15:23
  • 2385 Baxış
“Pandemiya dövründə ehtiyacı olan ailələrə sosial dəstək”  - Yeni layihə
Koronavirus pandemiyası 2019-cu ilin dekabr ayınında Çinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Tədricən bir çox ölkələri bürüyən, böyük təşviş və qorxu yaradan xəstəlik insanların uzunmüddətli yatağa düşməsinə, bəzi hallarda ölümünə səbəb oldu. Təəssüf ki, bu dəhşət dolu xəstəlik bu gün də ölüm doğuran caynaqları ilə kabusa dönüb yaşamaqdadır. Çünki hələ bu pandemiyanın qarşısını ala biləcək vaksin tapılmayıb.

Medicina.az xəbər verir ki, ölkəmiz koronavirusun yayıldığı ilk vaxtdan çox ciddi qabaqlayıcı tədbirlər və metodlar ilə mübarizəyə başlayıb. Eyni zamanda, koronavirus səbəbindən ziyan çəkmiş imkansız ailələrə, şəhid və qaçqın ailələrinə, əlillərə xüsusi qayğı göstərilmiş, yardımlar paylanılıb. Bu kimi tədbirlərdə vətəndaş cəmiyyətinin üzvləri də fəal iştirak etmiş, problemlə üzləşmiş vətəndaşlara köməklik göstərib.

Bu tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xüsusi təşəbbüs göstərib, maliyyə yardımı ayırıb, bir çox layihələrin həyata keçməsini təmin edib. Belə layihələrdən biri də ”Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi “Pandemiya dövründə ehtiyacı olan ailələrə sosial dəstək” adlı layihədir. Təşkilatın sədri Xanım Əhmədzadə bildirib ki, layihə xüsusi qayğıya və diqqətə ehtiyacı olan vətəndaşlara ərzaq kuponu paylanması, koronavirusdan qorunmaq məqsədi ilə maarifləndirici məlumatların yayılmasından ibarətdir. Bu kimi layihələr bir daha təsdiq edir ki, ölkə vətəndaşı qarşılaşdığı hər bir çətinliyin, problemin həllində dövlətimizin qayğısını üzərində hiss edir. Minlərlə insanın həyatına son qoymuş bu xəstəliyin tezliklə, ən yaxın zamanda olkəmizdən, planetimizdən birdəfəlik yox olması üçün koronavirusla mübarizə qaydalarına əməl etməli, bunu həyat tərzimizə çevirməliyik.