"Microsoft" qurucusu, milyarder Bill Qeyts növbəti pandemiyanın SARS-CoV-2 virusunun yaratdığı pandemiyadan on qat daha pis ola biləcəyini açıqlayıb.
O, bunu Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibəsində bildirib.
“Növbəti pandemiyaya hazır deyilik. Ümid edirəm iki ildən sonra fərqli olacaq. Bu pandemiya dəhşətlidir, ancaq bir sonrakı on qat daha pis ola bilər", - deyə Qeyts bildirib.
Onun sözlərinə görə, "zəngin dünya"dakı logistika sistemi ehtimal ediləndən daha mürəkkəb oldu.