“Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”.
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe “DR” Danimarka televiziyasına açıqlamasında bildirib.
Üst rəsmisinin sözlərinə görə, bu, onun subyektiv fikri olaraq, sadəcə, proqnozdur: “İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilməz. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk etməyəcək, lakin məhdudlaşdırmalara da ehtiyac qalmayacaq və göstərilən tarixə qədər yox olacaq”.