Rusiyanın əməkdar həkimi Gennadiy Onişenko pandemiyanın 2022-ci ilin mayına kimi bitə biləcəyini açıqlayıb.
Medicina.az xəbər verir ki, həkim maya qədər hansı tədbirlərin görülməsinin vacibliyini sadalayıb.
“Hələ vaxtımız var. Əgər biz indi lazım olan bütün tədbirləri etsək, o zaman pandemiya 2-3 aya dayacanacaq. Hazırda diqqətimizi vaksinləşməyə yönəltməliyik. İnsanları gündəlik həyatından, işindən ayırmadan onları tez və sürətlə peyvəndləməliyik. Hər itirilən günlər pandemiyanı uzadır”.
Bundan öncə professor Anatoliy Alşteyn pandemiyanın 2023-cü ilə qədər davam edəcəyini istisna etməmişdi. Bu neqatib ssenari insanların vaksindən yayınması hesabına olacaq.