“Pandemiya bitməyib və bütün dünya kimi Azərbaycanda da bu rejim davam edəcək. Yoluxmanın azalması virusun yoxa çıxması demək deyil”.
Medicina.az xəbər verir ki. bu sözləri publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
A.Qeybulla vurğulayıb ki, dünyanın öndə gələn nəzarət və profilaktika mərkəzləri qərar verəndən və Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı raport təqdim edəndən sonra bütün dünyada pandemiya bitəcək: “Azərbaycanda indiki halda pandemiyanın bitməsi real deyil, sadəcə karantin qaydalarında bəzi yumşalmalar olur.
Qapalı məkanlarda maskadan istifadə olunması qaydasının ləğv olunması və digər atılan addımlar ölkədə olan mövcud epidemioloji vəziyyətdən asılıdır. Əgər yoluxma artarsa, biz yenidən karantin qaydalarının sərtləşməsini müşahidə edə bilərik. Azərbaycanda kollektiv immunitet formalaşdığı üçün maska tələbinin ləğv edilməsinin yoluxmanın artmasına səbəb olacağı real deyil. Son zamanlar Çində olanları bütün dünya görür və bu, hər kəsi narahat edir. Yəni hər an dünyada nəsə baş verə bilər və biz bunlara hazır olmalıyıq”.