Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya bitənə qədər hansı qidadan imtina etmək lazımdır? - Həkim açıqladı

  • 2020.10.10 13:40
  • 2914 Baxış
Pandemiya bitənə qədər hansı qidadan imtina etmək lazımdır?  - Həkim açıqladı

Qidalanma immunitetə birbaşa təsir edir. Odur ki, koronavirus pandemiyası kontekstində qida məsələsinə düzgün yanaşmaq və orqanizmi zərərli məhsullardan qorumaq lazımdır.

Medicina.az xəbər verir ki, bu barədə rusiyalı epidemioloq Olqa Nenastina məlumat verib:

“Konservləşdirilmiş yeməklərdən imtina etmək lazımdır. Bu cür sənaye üsulu ilə işlənmiş məhsullar qida dəyərindən məhrumdur. Bundan əlavə, qızardılmış yemək və fastfud istehlakını azaltmaq daha yaxşıdır”, - deyə ekspert qeyd edib.

Mütəxəssis şəkər istifadəsinin də həm damar divarlarına, həm də bakteriyaların böyüməsinə mənfi təsir göstərdiyini bildirib: “Bədəninizi kifayət qədər vitamin və mineralla təmin etmək vacibdir. Bunun ən asan yolu tərəvəz və göyərtilərə daha çox yer ayırmaqdır. Rasionda balıq, dəniz məhsulları, quş ətinin olması və bol maye içmək məsləhətdir”.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.