“Müəyyən vaxt sonra pandemiya bitəcək, amma koronavirus bizdə qalacaq”.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
O, bildirib ki, virusun xəstəlik törətmə qabiliyyəti zəifləyəcək: “Bu da artıq baş verir. Yoluxma halları çox olsa da, virus daha yüngül hallar törədir. Yəqin ki, yaxın vaxtlarda pandemiya sona çatacaq. Biz bunu arzulayırıq”.