Çinin aparıcı epidemioloqlarından biri olan Çjun Nanşan koronavirusun bitəcəyi tarixlə bağlı proqnozlarını paylaşıb.
Mütəxəssisin sözlərinə görə, cari ilin qış - 2021-ci ilin yaz aylarınadək pandemiya bitməyəcək. O əlavə edib ki, qışda yoluxma hallarının sayı arta bilər. Bununla belə, akademik vurğulayıb ki, pandemiyanın ikinci genişmiqyaslı dalğasını gözləməyə dəyməz.
Çinli həkim bildirib ki, koronavirusun alovlanmasının qarşısını kəsmək üçün vacib olan məqamda uçuşların dayandırılması, təhsil ocaqlarının bağlanması kimi qısamüddətli sərt tədbirlər görmək gərəkir.