Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Panacea”da nə baş verir – Kollektiv dəyişibmi? - Araşdırma

  • 2025.03.12 11:39
  • 330 Baxış
“Panacea”da nə baş verir – Kollektiv dəyişibmi?  -  Araşdırma



"Panacea" laboratoriyası Bakıda ən münasib qiymətləri ilə fərqlənir. Üstəlik burada Azərbaycan Tibb Universitetindən olan dosentləri çalışması onu cəlbedici edir.

Lakin ötən həftədən başlayaraq, "Panacea" ilə bağlı yayılan mesajlarda gah klinikanın nömrələrinin dəyişdiyi, gah da kollektivin ordan ayrıldığı bildirilir.

Qeyd olunur ki, ATU-nun Biokimya kafedrasının burda çalışan həkimləri artıq başqa klinikada çalışırlar. Onların artıq "Panacea"da verilən analiz nəticələrinə cavabdeh olmadıqları vurğulanır.


Medicina.az -ın əməkdaşı məsələ ilə bağlı "Panacea" klinikası ilə əlaqə saxlayaraq, tibb müəssisəsinin başqa şəxslərin idarəsinə verilib-verilməməsi ilə maraqlanıb.


Eləcə də burada laboratoriya yaranandan bəri çalışan ATU kafedrasının dosentii Aqil Orucovun orada işləyib-işləməməsinə aydınlıq gətirməyi xahiş edib.

Klinikadan Aqil Orucovun heç yerə getmədiyi, işinin başında olduğunu bildirdilər.


Aqil Orucovla əlaqə saxladıqda o da "Panacea"da işlədiyini, həmişəki kimi pasiyentlərə xidmət göstərdiyini bildirdi:

“Mən də, Vidadi müəllim də burdayıq. Köhnə kollektivin 70%-i də buradadır. Laboratoriyamız əvvəlki kimi fəaliyyət göstərir. Sadəcə bir neçə həmkarmız buradan ayrılıb, başqa klinikaya gedib. "Panacea" laboratoriyası bağlanmayıb, əksinə daha da təkmilləşib, qiymətlər daha da uyğun olub. Pasiyentlər, məni tanıyanlar narahat olub, zəng edirlər, biz də işimizə davam etdiyimizi bildiririk”.

Aygün M
Medicina.az