Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pambıq yığımından qayıdarkən qəzaya düşən tibb işçilərindən xəbər var - Nazirlikdən açıqlama

  • 2017.09.21 16:38
  • 13264 Baxış
Pambıq yığımından qayıdarkən qəzaya düşən tibb işçilərindən xəbər var -  Nazirlikdən açıqlama
Səhiyyə Nazirliyi Biləsuvarda tibb işçilərinin xəsarət aldığı qəza ilə bağlı məlumat açıqlayıb.

 

Medicina.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:

"Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.


Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, "nazirlikdə bu barədə məlumat yoxdur”, - deyə bildiriblər.


Qeyd edək ki, sentyabrın 19-da Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən təcili yardım maşınında qəzaya uğrayıblar.