Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir - DİQQƏT

  • 2019.11.01 15:27
  • 9783 Baxış
Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir -  DİQQƏT

Paltaryuyan maşınlarla yuyulan paltarlarda bir çox bakteriya
növü aşkar edilib.
Medicina.az xəbər verir ki, mütəxəssislərevdə istifadə olunan enerjiyə qənaət edən
paltaryuyan maşınların aşağı temperaturda yuyulduğundan bakteriyalar üçün əla
bir ev olduğunu söyləyirlər.
Lakin onlar
maşınlarda olan bu bakteriyaların sayının çox vaxt insanları ağır xəstəliyə salmaqüçün kifayət etmədiyini də vurğulayıblar.Mütəxəssislər, paltaryuyan maşınınızın içini
tez-tez təmizləməyinizi və yuyulmuş paltarlarınızı maşında çox uzun müddət
saxlamamağınızı tövsiyə edir.


 


 


Təəssüf ki, bu gün yüksək səmərəli paltaryuyan maşınlar köhnə
maşınlarla müqayisədə bakteriyaları lazım olduğu qədər məhv edə bilmirlər. Almaniyadakı uşaq xəstəxanasında yeni doğulmuş bir körpənin
geyimində dərmana dayanıqlı bir patogenlərin aşkarlanmasından sonra mütəxəssislər
yeni araşdırmaya başlayıblar. Nəticədə tədqiqatçılar xəstəxananın yeganə paltaryuyan maşınının bu
patogenə cavabdeh olduğunu söyləyiblər.


Belə ki patogenlərin mənbəyinin bu maşında yığılan
bakteriyaların olması müəyyən edilib. Xoşbəxtlikdən xəstəxanada
heç bir körpə buna görə xəstələnməyib və böyük bir sensasiyanın qarşısını
alınıb.


 


 


 


Mütəxəssislər, bu zərərli patogenin hər maşına yoluxa biləcəyini, lakin bir çox insanın gündəlik
olaraq xəstəxana kimi böyük ictimai yerlərə getməsi bu riski olduğundan
daha böyük hala gətirib çıxarır. Çünki orada istifadə edilən maşınlar daha təhlükəlidir. Ciddi infeksiyalara səbəb ola biləcək bu tip bakteriyalar, böyüklər üçün çox
vaxt çox zəif təsirli olur. Ancaq uzun müddət bakteriyalara məruz qalma
gələcəkdə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.



Xüsusilə evinizdıə sizinlə birlikdə yaşlı şəxslər və ya yeni doğulmuş uşaq varsa sağlamlığınız üçün tədbir görmək mütləqdir.
Paltaryuyan maşınlarınızı bakteriyalardan qorumaq üçün bəzi ehtiyat tədbirləri görülməlidir. Mütəxəssislər, ən azı ayda bir dəfə maşınınızın içərisini və astarını ağartma
ilə təmizləməyi məsləhət görürlər. Paltaryuyan maşınlara, xüsusilə vanna otağı
kimi rütubətli mühitlərdə daha diqqətli olmalıdırlar, çünki bu rütubətli
mühitlər bakteriyaların böyüməsi üçün idealdır.


 


Dəri infeksiyalarına, mədə
daralmasına, qusma və ishala səbəb olan ümumi bakteriyalar belə mühitlərdə çox
tez böyüyür və zəif immunitet sistemi olan insanlara asanlıqla təsir edir. Paltaryuyan maşınlarınızı yuyucu su
ilə təmizləməklə yanaşı, maşınlarınız özünüdə yuya bilərsiniz.
Bunun üçün, ayda bir dəfə paltarlarınız olmadan boş
halda maşını yüksək miqdarda yuyucu
vasitə qoyaraq maşını işlətməyiniz tövsiyə olunur.


 


Bundan başqa mütəxəssislər çoxda
çırk olmayan əşyalarınızı yuyarkən belə maşını 60 dərəcədən aşağı temperaturda istifadə etməyinizi
məsləhət görmür.

Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir -  DİQQƏT
Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir -  DİQQƏT