Bir çoxları paltarlarını yuyucu toz və ya yumşaldıcı ilə yuyur. Amma bunu sağlamlıq üçün zərərli olduğunu həkimlər xəbərdar edirlər. Bəs paltarları yumaq üçün daha effektli və sağlamlıq üçün təhlükəsi üsul mövcuddurmu?
Medicina.az bu suala cavab axtarıb:
Paltar yumaq üçün istifadə edilən yuyucu tozların və yumşaldıcıların sağlamlığa zərər olduğu hamıya məlumudur. Əsasən də təzə yuyulmuş paltarın qoxusu ilk əvvəl bizə xoş gəlsə də bir müddətdən sonra pis təsir edir.
Təmziləyici maddələrin tərkibində olan kimyəvi maddələr olduğu üçün paltarları yumşaldır. Belə ki, onların tərkibində olan bir sıra maddələr parşanın tərkibinə hoparaq elastikliyi pozur.
Bəs daha əvvəllər bu maddələr istehsal olunmamışdan insan geyimləri necə təmizləyirdilər?
Daha qədimdə insanlar paltarları təmizləmək və yumşaltmaq üçün sirkəyə qoyublar. Sirkə ən az kimyəvi təmizləyicilər kimi geyimləri təmizləyir.
Əsasən də ağ sirkə yumuşaldıcının bütün xüsusiyyətini özündə daşıyır və bununla belə parçaya zərər vermir. Bundan əlavə sirkə həm də paltaryuyan maşın üçün də təmizləyici hesab oluna bilər.
Sirk, bakteriyaların səbəb olduğu pis qoxunun da aradan qaldırılmasına səbəb olur. Çox ucuz olan sirkənin yanında lavanda yağı işlədərək paltarların daha da gözəl ətir saçmasına nail ola bilərsiniz.
Necə istifadə edilir:
- Sirkəni sprey şüşəsinə tökün.
- Hər bir stəkan sirkəyə 10-15 damla uçucu yağ əlavə edin.
- Sprey şüşəsini yaxşıca çalxalayın.
- Paltarları yumadan əvvəl sirkəni əvvəlcə ləkələrin, daha sonra isə bütün paltarların üstünə püskürdün.
- Daha sonra paltaryuyan maşının yuyucu toz kimi əlavə edərək adı qaydada yuyun.
Arzu
Medicina.az