Əqli zəiflik, yaddaş pozulması – Demensiyaya qarşı daha bir məhsulun faydası sübut olundu. Bu dəfə zərərli bildiyimiz palma yağı seçilib.
“Medicina” xəbər verir ki, endokrinoloq Viktora Jilyayeva demensiya ilə mübarizə üçün əsl palma yağının təsirindən danışıb:
“Palma yağı A, E vitaminləri ilə zəngindir. E vitamini çox güclü antioksidantdır, piylərin qatılaşmasına imkan vermir, beyin üçün ən vacib yağdır.
Palma yağı çox kalorilidir, 100 qramında 900 kalori var.
Bu yağda əsas təhlükə onu 200 dərəcəyə qədər qızdırıb, nəsə bişirməkdir.
Nəticədə o kanserogen maddə buraxır və o maddə qidada da yaranır.
Hazırkı dondurmaların tərkibinə baxsaq, orda süd yağı əvəzinə palma yağı əlavə olunub.
Dondurma, konfeti rahat yemək olar, çünki qızdırılmır, isidilmir.
Amma palma yağlı qidaları, yeməkləri qızdırmaq, marqarində nəsə qızartmaq daha təhlükəlidir”.
Aygün Musayeva