Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Palatada yerimi boşaltdım ki, daha ağır xəstələrə yer açılsın" - Koronavirusa yoluxmuş hüquqşünas

  • 2021.03.30 16:38
  • 1847 Baxış
"Palatada yerimi boşaltdım ki, daha ağır xəstələrə yer açılsın" -  Koronavirusa yoluxmuş hüquqşünas

Koronavirusa yoluxan tanınmış hüquqşünas Sahib Məmmədov evə buraxılıb.

Medicina.az xəbər verir ki, o özü bu barədə məlumat verərək, hələ tam sağalmamış evə yazılmasının səbəbini açıqlayıb.

"Buna iki səbəb var. Birincisi, səhhətimdə nisbi yaxşılaşma var. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə, hələlik zənglərinizə də cavab verə bilmirəm.

İkinci səbəb xəstəxanada yerlərin dolması idi. Xəstəxanalara çox ağır xəstələr gəlir. Bəlkə, bu, yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım", - S.Məmmədov əlavə edib.

Qeyd edək ki, S.Məmmədov koronavirusa yoluxduğu üçün mart 15-də Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.