Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pakistanlı "Hulk" evlənmək istəyir - Çəkisi 450 kiloqramdır

  • 2020.01.23 17:33
  • 2856 Baxış
Pakistanlı "Hulk" evlənmək istəyir -   Çəkisi 450 kiloqramdır

Pakistanlı Arbab Khizar Hayat adlı şəxs öz çəkisi ilə digərlərindən fərqlənir. Onu görüntüsünə görə "Hulk" adlandırırlar.

Medicina.az xəbər verir ki, 27 yaşlı Arbabın 1.97 sm boyu vəı 450 kq çəkisi var. Buna baxmayaraq o rahat hərəkət edir, yeriyir. hətta motosiklet kimi ağır əşyaları qaldıraraq idman edir.

O, hər gün 4 toyuq, 3 kiloqrama yaxın ət məhsulu və 36 yumurta yeyir. Bundan əlavə, 5 litr süd içir.


Pakistanda olduqca məşhur olan Arbab evlənmək istədiyini də bildirib. Onun evlənəcəyi xanım üçün bəzi şərtləri də var. Belə ki, xanımın çəkisi 100 kiloqramdan aşağı olmamalı və özü arvadının yanında iri görünməsin deyə ən azı 1.80 sm boyu olmalıdır.

O bildirib ki, evlənmək istəyir və son yeddi ildir öz sevgisini axtarır. Bu günə kimi 200- 300 xanımla görüşsə də, onların çəkisinin çox aşağı olduğunu bildirib:

"Mənimlə evlənəcək xanımın çəkisi aşağı ola bilməz. Onu incitməməyim üçün çəkisi 100 kq-dan artıq olmalıdır. Amma mənimlə evlənmək istəyən xanımların hamısı az çəkili olub"