Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində ordu obyektinə bombalı hücum edilib.
Medicina.az xəbər verir ki, ilkin məlumata görə, hücumda 4-ü uşaq, 2-si qadın olmaqla ümumilikdə 15 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Səlahiyyətlilər, partlayıcı yüklü iki maşının obyektin divarına çırpılaraq partladığını, partlayışdan sonra obyektə girməyə cəhd edən 6 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Partlayışlar nəticəsində məscidin qismən dağıldığı, bir evin damının uçduğu vurğulanıb.
Hücumun Pakistan Talibanı kimi tanınan Təhrik-e-Taliban Pakistan (TTP) tərəfindən həyata keçirildiyi güman edilir.
Aygün
Medicina.az