Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pakistanda daşqınlara görə xəstəliklər baş alıb gedir

  • 2022.09.05 17:40
  • 1178 Baxış
Pakistanda daşqınlara görə xəstəliklər   baş alıb gedir


İyunun 14-dən Pakistan ərazisində davam edən musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 1 314 nəfərə çatıb.


Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif UNICEF və müxtəlif təşkilatları uşaq ölümlərini araşdırmağa çağırıb.

Seldən təsirlənən yüz minlərlə insan təmiz su çatışmazlığı ilə üzləşib. Bu da müxtəlif xəstəliklərin yayılması ilə nəticələnir.

134 mindən çox insanda ishal, 44 min nəfərdə malyariya, 100 mindən çoxunda isə dəri xəstəliyi müəyyən edilib. Bundan əlavə, daşqınlardan zərər çəkənlər arasında indiyədək bir çox xəstəliklərdə, o cümlədən tənəffüs yolu xəstəliklərində artım müşahidə olunur.

Ölkə daxilində daşqından zərər çəkmiş bölgələrdə 650 min hamilə qadının 73 min nəfərinin bu ay doğum həyata keçirməli olduqlarından tibbi xidmətə ehtiyacları var.