Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pakistan prezidenti ikinci dəfə koronavirusa yoluxub

  • 2022.01.07 17:01
  • 1519 Baxış
Pakistan prezidenti ikinci dəfə koronavirusa yoluxub

Pakistan prezidenti Arif Alvi COVID-19-a yoluxub.

Ötən ilin martında xəstələnən dövlət başçısının testi yenidən müsbət çıxıb.

Bu barədə prezident özünün “Twitter” hesabından məlumat verib.

O, vətəndaşlardan karantin tədbirlərinə əməl etmələrini xahiş edib.

Qeyd edək ki, Alvi sonuncu dəfə 29 mart 2021-ci ildə koronavirusa yoluxub.