Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Özünüzü yaxşı hiss etmək üçün bu çayı için – 1 aya NƏTİCƏ

  • 2020.02.04 18:32
  • 14151 Baxış
Özünüzü yaxşı hiss etmək üçün bu çayı için –  1 aya NƏTİCƏ

Bu bitki dünyanın ən effektiv sakitləşdirici bitkisidir. Ona görə onu nevroloqların otu adlandırırlar.
Yüksək həyəcan, yuxusuzluq, sinir pozulmaları, əsəb gərginliyi, stress, depressiya zamanı xəstələrə sedativ təsir üçün təyin olunur.

Azərbaycanda stres həddinin yüksək olmasını nəzərə alsaq, bu çayı digər çaylardan daha çox içməyiniz məsləhətdir. Lakin onun əks göstərişləri də var, bəzi xəstələrə olmaz.

Medicina.az xəbər verir ki, bu çay melissa çayıdır.

Sintetik preparatlardan fərqli olaraq, melissa sedativ təsiri yumşaqdır, asılılıq yaratmır. Onu hətta 8 yaşından yuxarı uşaqlara da içirmək olar. Lakin uşaqlara digər çayla qarışdırıb vermək lazımdır.

Melissanın orqanizmə digər faydaları:

- Qadın sağlamlığı üçün

Melissa həm də qadınların bitkisi hesab edilir.

Hamiləlikdə toksikozu azaldır, menstrual ağrıları kəsir, nevrotik klimaksda kömkə edir. Sidik yolları, aşağı çanaq orqanlarında iltihabi proseslərdə içilir.

- Arıqlamağa kömək edir

Melissa toksin və şlakları təmizləyir, sidikqovucudur, bədəndə artıq mayeni və ödem qovur. Dieta saxlayanlar içməlidir ki, həyəcan və əsəbilik azalsın.

- İmminiteti möhkəmlədir

Qrip, viruslar, kəskin respirator xəstəliklər, zökəm mövsümündə, xroniki xəstəliklər kəskinləşdikdə melissa dəmlıəməsi içmək məsləhətdir. Melissa bakteriya, mikrob və iltihab əleyhinədir.

İmmuniteti möhkəmləndirir, bunun üçün çayına bal və limon əlavə etmək lazımdır.

Kİmlərə olmaz:


- Azyaşlı uşaqlara
- Uzaq yola sükan arxasında çıxanlara
- Digər sedativ və sakitləşdirici dərmanlar qəbul edənlərə
- Allergiyası olanlara